Modern.az

Bakıda orta məktəbdən silah-sursat tapıldı

Bakıda orta məktəbdən silah-sursat tapıldı

Aktual

13 İyul 2016, 13:22

İyulun 12-də Xətai rayonundakı 261 saylı məktəbin direktoru məktəbin zirzəmisində təmir işləri aparılarkən silah və sursat tapılması barədə Xətai RPİ 34-cü PB-yə müraciət edib.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan 1 ədəd alışqansız “F-1” qumbarası, 1 ədəd alışqanlı “RQD-5” qumbarası, 481 ədəd patron, 270 qram barıt, 1 ədəd patron darağı və 1 ədəd “Viola-M” rabitə qurğusu aşkar edilərək götürülüb.

Araşdırma aparılır.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü