Modern.az

ABŞ Türkiyədə hazırlanan dövlət çevrilişinə cəhddən xəbərsiz olub

ABŞ Türkiyədə hazırlanan dövlət çevrilişinə cəhddən xəbərsiz olub

22 İyul 2016, 22:06

"ABŞ əvvəlcədən Türkiyədə hazırlanan dövlət çevrilişinə cəhddən xəbərsiz olub və onun bu cəhdlə heç bir aidiyyəti olmayıb". Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama Meksika prezidenti Penya Neyo ilə danışıqların yekunları üzrə mətbuat konfransında bildirib.

Obama vurğulayıb ki, Türkiyədə belə şayiələrin yayılması amerikalılar üçün risk yaradır: “Bizim dövlət çevrilişinə cəhddən məlumatlı olmağımız barədə istənilən məlumatlar, habelə ABŞ-ın bu məsələdə hər hansı iştirakı haqda söylənilənlərin hamısı tamamilə yalandır. Və mən bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bildirdim".

Obama Birləşmiş Ştatların Türkiyənin demokratik seçilən hakimiyyətini dəstəkləyədiyini bildirib.

Hərbi çevrilişə cəhdi təşkil etməkdə günahlandırılan islamçı Fətullah Gülənin ekstradasiyası ilə bağlı məsələyə gəldikdə, Obama bəyan edib ki, Ankara bununla bağlı sübut təqdim etməlidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü