Modern.az

Saytımızın qaldırdığı problemə reaksiya - RƏSMİ

Saytımızın qaldırdığı problemə reaksiya - RƏSMİ

23 İyul 2016, 20:46

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ötən gün Modern.az saytının qaldırdığı problemə reaksiya verib. Dövlət Baytarlıq Nəzarəti Xidməti Azərbaycanın Aran rayonlarında mal-qara arasında dabaq xəstəliyinin yayılması, heyvanların xəstəlikdən tələf olması, ölmüş heyvanların toplanaraq kolbasa sexlərinə verilməsi barədə yayılan informasiyalara münasibət bildirib. Xidmətdən Modern.az saytına verilən məlumatda bildirilir ki, DBNX 2016-cı il ərzində respublikada heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparıb və hazırda epizootik vəziyyət sabitdir: “Rayonlardan mütəmadi olaraq toplanmış məlumatlara və aparılan araşdırmalara əsasən ölkəmizdə heyvanlar arasında dabaq və eləcə də xüsusi təhlükəli xəstəliklərin yayılması müşahidə edilməyib. Həmçinin araşdırmalar zamanı heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərindən ölüm halının olmadığı müəyyən edilib. 

        

Respublikamızın bütün bölgələrində olduğu kimi, Bərdə və Goranboy rayonlarında da heyvanlar arasında dabaq və digər xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılıb”.

 

Məlumata görə, araşdırma zamanı ölmüş heyvanların toplanaraq kolbasa sexlərinə verilməsi barədə DBNX-nə heç bir məlumat daxil olmayıb: “Əhalidən xahiş edirik ki, hər hansı bir xəstəlikdən ölmüş heyvanların toplanması və ya tədarükü barədə faktla rastlaşarlarsa bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə məlumat versinlər. Xatırladırıq ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar ciddi tədbirlər həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bir daha bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü