Modern.az

Yerevanda üsyançılara dəstək mitinqi başlayıb - Foto

Yerevanda üsyançılara dəstək mitinqi başlayıb - Foto

Dünya

25 İyul 2016, 21:34

İyulun 25-də axşam saatlarında Yerevanın Xorenatsi küçəsində Ermənistan polisinin post-patrul alayını ələ keçirənləri dəstəkləmək üçün növbəti mitinq başlayıb. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, aksiyada öncə “İrs” partiyasının nümayəndəsi Armen Martirosyan çıxış edib.

O, tribunadan guya “Kadırovun muzdlu göndərdiyi” haqda şayiələrdən danışmağı da münasib hesab edib. Bu səbəbdən müxalifətçi deyib ki, hakimiyyət xalqa qarşı muzdlulardan və texnikadan istifadə etməyəcəyinə dair bəyanat verməlidir.

“Təsis parlamenti”nin nümayəndəsi Alek Eniqomşyan toplaşanlara deyib ki, səhər hakimiyyətə ultimatum verib, artıq 20 saat keçib.

Onun sözlərinə görə, buna baxmayaraq, irəliləyiş yoxdur: “Hətta danışıqlara yeni gələn də yoxdur”.

İyulun 17-də post-pstrul alayını ələ keçirənlərin sayının 31 nəfər olduğu bildirilib.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü