Modern.az

Azərbaycan İraqa arpa ixrac edir

Azərbaycan İraqa arpa ixrac edir

Aktual

27 İyul 2016, 17:03

2016-cı ilin I rübündə Azərbaycan İran və İraq respublikalarına 9137.5 ton arpa ixrac olunub. İyul ayında isə bu ölkələr Azərbaycandan 4327.3 ton arpa alıb.

Bu barədə Modern.az-a Dövlət Fitosanitar Nəzarət Xidmətinin mətbuat katibliyindən bildirilib.


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyevin verdiyi məlumata görə, bu vaxta qədər xarici ölkələrə ixrac edilən 13.464,8 ton arpa məhsulunun 3115.6 tonu yemlik, 10349.2 tonu isə ərzaqlıq olub.


Xidmət rəisi bildirib ki, bu il ilk dəfə olaraq Azərbaycandan arpa məhsullarının ixracının həyata keçirilməsi üçün Dövlət Fitosanitar Nəzarəti Xidməti zəruri fitosanitar sertifikat təqdim edib:

“Bu, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac potensialının genişləndirilməsi istiqamətində ən müsbət hal kimi dəyərləndirilir”.


Camal Quliyev respublikada yetişdirilən taxıl və yem məhsullarının ixracı üçün yeni bazarların axtarışları istiqamətində bu ilin I rübündə İran və İraqın bir sıra məhsullarla yanaşı, həm də qeyd edilən məhsullar üçün əlverişli bazar kimi nəzərdən keçirildiyini qeyd edib: "Hazırda yeni sifarişlər var və yaxın vaxtlarda arpa məhsullarının növbəti partiyasının ixracı planlaşdırılır.



Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü