Modern.az

Məscidin fəaliyyəti təmirə görə dayandırılıb

Məscidin fəaliyyəti təmirə görə dayandırılıb

29 İyul 2016, 20:14

Bakıdakı tanınmış “Aşurbəy” məscidinin (“Ləzgi məscidi”) fəaliyyəti kütləvi ibadət üçün dayandırılıb. Modern.az saytı xəbər verir ki, məsciddən APA-ya verilən məlumata görə, buna səbəb kimi məscidin təmirə dayandırılması göstərilib. Qeyd olunub ki, məscid fəaliyyətini təmir məqsədi ilə müəyyən müddətə dayandırıb.

 

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bununla bağlı xəbərdar olduqlarını bildirsələr də, məscidin İçəri Şəhər Dövlət Qoruğu idarəsinin nəzdində və nəzarətində olduğunu bildiriblər.

 

Qeyd edək ki, “Aşurbəy” məscidi ilə bağlı Azərbaycandan Suriyaya döyüşməyə gedənlərə dəstək verilməsi iddiaları var.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü