Modern.az

İrəvanın Sari Tax rayonunda polislə atışma başlayıb

İrəvanın Sari Tax rayonunda polislə atışma başlayıb

Dünya

30 İyul 2016, 00:25

İrəvanın fərdi evlərdən təşkil olunan Sari Tax rayonunda polis ilə nümayişçilər arasında toqquşma başlayıb. Modern.az saytı xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Sari Taxa çatan nümayişçilər iyulun 17-də silahlı dəstə tərəfindən ələ keçirilən polis patrul xidməti alayından atəş səsləri eşidiblər.

Daha sonra politoloq Andrias Qukasyan polisin orada əməliyyata başladığını bəyan edib.

Polis təcili olaraq əraziyə yeni qüvvələr cəlb edib. Gözlənilmədən nümayişçilərə yaxınlaşan polis əməkdaşları, onlara qarşı xüsusi vasitələr tətbiq etməyə başlayıb. Nümayişçilər polisi daşa basıblar.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü