Modern.az

Ceyms Uorlik prezidentlərin növbəti görüşü barədə DANIŞDI

Ceyms Uorlik prezidentlərin növbəti görüşü barədə DANIŞDI

Qarabağ

3 Avqust 2016, 16:48

"ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil edilməsi imkanını nəzərdən keçirirlər".

 

Modern.az-ın Rusiya KİV-nə istinadən xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

 

O bildirib ki, davamlı sülhün əldə edilməsi danışıqlar prosesindən keçir. Uorlik vurğulayıb ki,  həll yolu heç bir tərəfə zorla qəbul etdirilə bilməz.

 

“Həmsədr ölkələrin yüksək səviyyəli rəsmilərinin dəstəyi ilə tərəflər danışıqlarda iştirak edir və təmas xəttində zorakılıq riskinin azaldılması tədbirləri üzərində çalışır.

Sülh prosesində tam proqresə nail olmaq üçün biz Azərbaycan və Ermənistan prezidentlərinin növbəti birgə görüşünü təşkil etmək imkanını nəzərdən keçiririk” - deyə amerikalı həmsədr bildirib.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü