Modern.az

Fransız-Azərbaycan Universitetinə qəbul olunan tələbələrin adları açıqlanıb

Fransız-Azərbaycan Universitetinə qəbul olunan tələbələrin adları açıqlanıb

Təhsil

8 Avqust 2016, 15:58

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən Fransız-Azərbaycan Universitetinə (UFAZ) imtahanın nəticələri açıqlanıb.

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

İmtahan verən 280 abituriyentdən 120 nəfəri dövlət sifarişli, 23 nəfəri isə ödənişli əsaslarla olmaqla UFAZ-ın tələbəsi olmaq imkanı əldə edib. İmtahanda uğur əldə etmiş tələbələrin kimliyi ilə //ufaz.edu.az/?page_id=890 linki vasitəsilə keçid edərək tanış olmaq mümkündür.

UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunub. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olunmuş gənclərin adlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edib və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər.

UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr TQDK-ın təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

Xatırladaq ki, 2016/2017-ci  tədris ilində, UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində 4 ixtisas üzrə (Kimya mühəndisliyi, Kompüter elmləri, Geofizika mühəndisliyi və Neft-qaz mühəndisliyi) tədrisə start verəcək.

Seçilən bu 4 ixtisas hazırda Azərbaycanda ən çox tələbat olan sahələrdəndir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla 4 il davam edəcək. Tədris ingilis dilində aparılacaq. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı