Modern.az

Ceyms Uorlik Qarabağ danışıqlarında Türkiyənin iştirakından bəhs edib

Ceyms Uorlik Qarabağ danışıqlarında Türkiyənin iştirakından bəhs edib

Qarabağ

15 Avqust 2016, 18:49

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə daim təmasdadırlar və tez-tez görüşürlər”.

 

Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

 

O bildirib ki, görüşlə bağlı avqust ayı üçün xüsusi plan olmasa da, həmsədrlər hər iki xarici işlər naziri ilə mütəmadi əlaqəni və sıx əməkdaşlığı davam etməyə çalışırlar: “Vyana və Sankt-Peterburq görüşlərində hər iki ölkə prezidenti danışıqlar yolu ilə həllə nail olmaq istiqamətində irəliləyiş üçün yenidən görüşməyə hazır olduqlarını bəyan etdilər. Biz onları yenidən bir araya gətirmək imkanlarını araşdırırıq. Mövcud təklifləri müzakirə etmək üçün prezidentlər və nazirlərlə mütəmadi əlaqədəyik”.

 

Ceyms Uorlik deyib ki, həmsədrlər istənilən vaxt Ankaraya getməyə və rəsmi şəxslərlə görüşməyə hazırdırlar.

O bildirib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinə dair məsləhətləşmələr aparmaq üçün Minsk qrupu ölkələrinin paytaxtlarında olublar: “Biz Türkiyə rəsmiləri ilə fikir mübadiləsi aparmaq, həmçinin substantiv danışıqlarda irəliləyiş əldə etmək və zorakılıq risklərini azaltmaq üçün tədbirlər həyata keçirmək səylərimizə onların da dəstəyini cəlb etmək imkanını yüksək dəyərləndiririk”.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü