Modern.az

Moskva və Peterburqda DÖYÜŞLƏR: 7 ölü, 1 yaralı - YENİLƏNİB

Moskva və Peterburqda DÖYÜŞLƏR: 7 ölü, 1 yaralı - YENİLƏNİB

17 Avqust 2016, 18:19

Rusiyanın Sankt-Peterburq və Moskva şəhərlərində Şimali Qafqazdan olan qanunsuz silahlı birləşmə üzvləri ilə yerli təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar baş verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sankt-Peterburqda çoxmərtəbəli binalardan birində keçirilən xüsusi əməliyyat zamanı 3 silahlı şəxs öldürülüb.

 

Bundan başqa, Moskvaya gedən əsas yollardan sayılan Şelkov şossesində post-patrul polisinin postuna silahlı hücum edilib. Silahlılar 1 polis əməkdaşını öldürüb, digərini isə yaralayıblar. Ərazidə aparılan xüsusi əməliyyat zamanı 2 silahlı şəxs öldürülüb.

 

Moskva və Leninqrad vilayətlərində gərgin situasiya davam edir.

 
***

Sankt-Peterburqda əməliyyat zamanı Şimali Qafqazdan olan 4 silahlı öldürülüb. Bu barədə "Ria Novosti" məlumat yayıb.


Vüqar İSMAYILOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü