Modern.az

Ali məktəblərin boş yerlərinə və kolleclərə ixtisas seçimi yekunlaşır

Ali məktəblərin boş yerlərinə və kolleclərə ixtisas seçimi yekunlaşır

Təhsil

19 Avqust 2016, 10:50

Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi davam edir.

Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Məlumata görə, avqustun 19-u saat 10:15-ə olan məlumata görə, ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və orta ixtisas təhsili müəssisələri üzrə 518 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

 745 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

Məlumata görə, yalnız orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərdən 16 979 nəfəri elektron ərizəsini təsdiq edib, 1 855 abituriyent isə ərizəsini təsdiq etməyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 19-u saat 23:59-da başa çatır. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir