Modern.az

Əli İnsanovla bağlı nələr baş verir... Vəkili DANIŞDI

Əli İnsanovla bağlı nələr baş verir... Vəkili DANIŞDI

Aktual

24 Avqust 2016, 10:08

“Hazırda Qaradağ rayon prokuroru Natiq Abdullayev cəzaçəkmə müəssisəsinə daxil olub. Mən isə 13 saylı cəzaçəkmə müəssisəsinin qarşısında gözləyirəm”.

Bu sözləri Modern.az-a sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev bildirib. Vəkil ona verilən məlumata əsasən, dindirilmə olacağını deyib:

“Prokuror nə baş verdiyi barədə sualıma “içəri daxil olanda öyrənərsiniz” deyə cavab verdi”.


T.Babayevin sözlərinə görə, Əli İnsanov yenidən dindiriləcək.
"Onun barəsində yeni cinayət işi başlanıb. Bizə hansı maddə ilə yeni ittiham irəli sürüldüyü barədə məlumat verilməyib”.


Vəkil daha sonra əlavə məlumat verəcəyini deyib.

 

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.

2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanovun 11 illik cəza müddəti bu ilin oktyabrında başa çatır.

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü