Modern.az

Ərdoğan Suriyada başladılan əməliyyatdan DANIŞDI: “Artıq bu işi həll etmək lazımdır!”

Ərdoğan Suriyada başladılan əməliyyatdan DANIŞDI: “Artıq bu işi həll etmək lazımdır!”

Dünya

24 Avqust 2016, 13:27

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə məxsus silahlı qüvvələrin İŞİD və PKK-nın Suriya qolu PYD kimi terror təşkilatlarına qarşı Suriya ərazisində həyata keçirdiyi "Fərat qalxanı" adlı hərbi əməliyyatlardan danışıb.

Modern.az
saytı “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Suriyadakı terror qruplaşmalarını nəzərdə tutaraq, "artıq bu işi həll etmək lazımdır. Birləri meydan oxuyur, “Suriya Türkiyə üçün belə olacaq, elə olacaq”, deyə. Onlara mən buradan səslənirəm: siz axırınızın necə olacağının hesabını aparın" deyib.

Ərdoğan Suriyadakı terror təşkilatlarına qarşı əməliyyatın bu gün səhərə yaxın başlandığını bildirib.

"Türkiyəyə təhdid yaradacaq kim olursa olsun, onlara qarşı bu millət ordusu, polisi, gözətçisi ilə var olacaq. Suriyadan ölkəmizə qarşı hücumlara artıq son qoyulmalıdır. PKK-nı, İŞİD-i üzərimizə salanlar artıq bu oyunun pozulduğunu görməlidirlər. Vətənimizi parçalaya, bu dövləti, xalqı diz çökdürə, bu xalqa boyunduruq vura bilməyəcəksiniz. Artıq heç kim Suriya məsələsini Türkiyənin daxili işlərindən kənar görə bilməz".

Terror təşkilatı İŞİD-in İslamla əlaqəsi olmadığını vurğulayan Ərdoğan "bunların İslamla əlaqəsi yoxdur. Bunlar tam əksinə, İslamın başına bəla olublar" deyib.


Türkiyənin Suriyanın ərazi bütövlüyünü qorumaqda qərarlı olduğunu ifadə edən Ərdoğan bildirib:


“Bu iradəmizi bütün dünyaya bir daha ifadə etmək istəyirəm: Türkiyə Suriyada tamaşaya qoyulmağa çalışılan oyuna, oldubittiyə heç vaxt razılıq verməyəcəkdir. Məsələyə öz-özlüyündə əl qoymaq da daxil, bütün imkanlarımızı istifadə edərək, Suriyanın ərazi bütövlüyünü qorumaqda, bu ölkənin öz xalqının iradəsi ilə idarə edilməsinin təminatında qərarlıyıq".


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü