Modern.az

Türkiyə daha 5 şəhid verdi

Türkiyə daha 5 şəhid verdi

Aktual

24 Avqust 2016, 14:10

Türkiyənin Diyarbəkir şəhərinin Licə bölgəsində əməliyyata çıxan təhlükəsizlik qüvvələrinə PKK terrorçuları tərəfindən silahlı hücum olub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hücumdan sonra başlayan atışmada 4 əsgər şəhid olub. 

Bundan başqa, Türkiyənin Bingöl şəhərinin Karlıova bölgəsindəki Cəhənnəm meşələrində PKK-lıları zərərsizləşdirmək üçün keçirilən əməliyyatda terrorçuların yerləşdirdiyi partlayıcının işə düşməsi nəticəsində 1 əsgər şəhid olub.

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var