Modern.az

Mixail Mişustin yenidən Baş nazir təyin edildi - YENİLƏNİB

Mixail Mişustin yenidən Baş nazir təyin edildi - YENİLƏNİB

10 May 2024, 19:47

Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş nazir təyin edilməsi haqqında fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Fərman imzalandığı gündən qüvvəyə minir.

 

***

17:28

Dövlət Duması Mixail Mişustini yenidən Rusiyanın Baş naziri vəzifəsinə təsdiqləyib. Bu barədə qərar mayın 10-da keçirilən iclasda qəbul edilib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS İnformasiya Agentliyi məlumat yayıb.

Onun namizədliyinin lehinə 375 deputat səs verib. Mişustinin əleyhinə səs verilməyib.

İclasdan əvvəl Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov bəyan edib ki, kommunistlər səsvermədə bitərəf qalacaqlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ