Modern.az

Batumidə I Alpaqut Dünya Kuboku keçiriləcək

Batumidə I Alpaqut Dünya Kuboku keçiriləcək

Aktual

25 Avqust 2016, 10:53

Batumidə keçiriləcək I Alpaqut Dünya Kubokunda iştirak etmək üçün 50 nəfərdən ibarət heyət – idmançılar, məşqçilər, Azərbaycan Alpaqut Federasiyasının nümayəndələri Gürcüstana yola düşüblər.

 

Modern.az xəbər verir ki, avqustun 28-dək davam edəcək yarışlarda Azərbaycan alpaqutçuları dünyanın bir sıra ölkələrindən qatılan idmançılarla qələbə uğrunda mübarizə aparacaqlar.

 

Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov bu yarışlarla türkün tarixini, keçmişini, türkün döyüş sənətini, bir sözlə türkün gücünü bütün dünyaya göstərməyə çalışdıqlarını vurğulayıb: "Riodan sonra idmansevərlərin diqqəti indi də Batumiyə – 1-ci Alpaqut Dünya Kubokuna çevriləcək. Məqsədimiz Rio uğurundan sonra ölkəmizə daha bir idman sevinci yaşatmaq, qələbə ilə geri dönməkdir.

 

Dünyanın bir sıra ölkələrinin qatılacağı bu tədbirdə idmançılarımızın Azərbaycanın gücünü bir daha nümayiş etdirəcəklərinə, milli kimliyimiz olan üçrəngli bayrağımızı şərəflə dalğalandıracaqlarına əminəm".

 

Aqil Acalov XXXI Yay Olimpiya Oyunlarının yekunları ilə bağlı da münasibət bildirib: "Azərbaycan idmançıları bu dəfə də yüksək hazırlıqları, gözəl oyunları ilə yadda qaldılar. 206 ölkə arasında 39-cu pillədə qərarlaşmaq, 2102 medaldan 18-ni Azərbaycana gətirə bilmək Azərbaycan Olimpiya Yığmasının uğurudur.

 

Cəmi 56 idmançıdan 18-nin medal alması Azərbaycanda idmanın necə yüksək səviyyədə inkişaf etdiyinin göstəricisidir. Milli Olimpiya Komitəsinin prezidenti, cənab İlham Əliyevi və bu qələbəyə sevinən bütün həmvətənlərimi, idman ictimaiyyətini təbrik edirəm".

 

Qafar Ağayev

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü