Modern.az

Toyda 100 nəfər qidadan zəhərlənib

Toyda 100 nəfər qidadan zəhərlənib

Dünya

30 Avqust 2016, 00:36

Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Sadaxlı kəndində toyda iştirak edən 400 nəfərdən təxminən 100-ü zəhərlənib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki,

Marneuliyə təcili olaraq Tiflis və yaxın rayonların xəstəxanalarından həkimlər cəlb olunub. Tibbi yardım üçün müraciət edənlərə müvafiq yardım göstərilir. Hazırda Marneuli xəstəxanasına 100-dək zəhərlənən xəstə yerləşdirilib.

 

Hadisə yerinə Kvemo Kartli qubernatoru Paata Xizanaşvili və Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev gəliblər.

 

Kütləvi zəhərlənmənin səbəbi barədə hələlik məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü