Modern.az

Sentyabrın 5-dək bütün dərsliklər şagirdlərə paylanacaq

 Sentyabrın 5-dək bütün dərsliklər şagirdlərə paylanacaq

Aktual

30 Avqust 2016, 16:27

 

Təhsil Nazirliyi sentyabrın 5-dək bütün dərsliklərin şagirdlərə çatdırılmasını təmin edəcək.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, bu məqsədlə 261 adda 6 623 135 nüsxə yeni dərslik və müəllim üçün metodik vəsait çap olunub.

 

Yeni nəşr olunmuş dərsliklər rayon (şəhər) təhsili idarəetmə orqanlarına avqustun ortalarından çatdırılıb və onların məktəblərə paylanılması təşkil edilib.

 

Təhsil Nazirliyi şagirdlərə və onların valideynlərinə müraciət edərək bildirir ki, sentyabrın 5-dək aidiyyəti məktəblərdən dərslikləri əldə etsinlər.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü