Modern.az

Əli Həsənov referenduma görə KİV-lərə çağırış etdi

Əli Həsənov referenduma görə KİV-lərə çağırış etdi

31 Avqust 2016, 12:15

Bu gün Bakıda Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Referendumqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib.

 

Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qeyd edib ki, sentyabrın 26-da keçiriləcək referendumla bağlı tədbirlər planl hazırlnıb və ona uyğun tədbirlər davam etdirilib, artıq 3 təşviqat qrupu qeydiyyatdan keçib, səlahiyyətli şəxslər təsdiq olunub. Referendum kimi böyük tədbirlərdə əsas rol həm də KİV-in üzərinə düşür.

 

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan müdtəqillik illərində seçki və referendumların keçirilməsi ilə bağlı böyük təcrübə əldə edib. 1991-ci ildən indiyədək Azərbaycanda 6 dəfə prezident, 5 dəfə parlament, 4 dəfə bələdiyyə seçkisi, 5 dəfə ümumxalq səsverməsinin keçirildiyini deyən Ə.Həsənov əlavə edib ki, mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış əsas qanunumuz 1995-ci il noyabr 12-ə təyin olunmuş 3-cü referendumda qəbul edilib. Ötən dövrdə Konstitutsiyaya zəruri dəyişikliklərin edilməsi 2002, 2009-cu illərdə referendum yolu ilə baş verib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Konstitusiyaya 3-cü dəfə dəyişikliyin edilməsi məqsədilə təşəbbüs irəli sürdüyünü xatırladan Ə.Həsənov qonşu ölkələrin Konstitusiyalarında da bir sıra dəyişikliklərin edildiyini xatırladıb: "Sosial sifarişlər və dövrün tələbləri nəzərə alınaraq, Konstitusiyaya dəyişikliklərin edilməsi həm zəruri, həm də faydalıdır. 2009-cu ildə keçirilmiş referendumdan sonra keçən 7 il ərzində Azərbaycanda baş vetən əsaslı dəyişikliklər, yeni qlobal çağırışlar Azərbaycan Konstitusiyasının bu tələblərə uyğunlaşdırılmasını zəruri edir. Konstitusiyaya 23 maddənin dəyişiklik edilməsi, 6 maddə əlavə edilməsi nəzərdə tutulur.

 

Təklif olunan dəyişikliklər və əlavələrə əsasən, yaradılması nəzərdə tutilan vitse-prezidentlik institutu xüsusilə iqtisadi və siyasi islahatların davamlılığını, qəbul olunmuş qərarların operativ və tam həcmdə icrasını təmin etmək üçün optimal idarəçilik mexanizmi kimi düşünülüb.

 

Bu yeni təsisat dövlət idarəçiliyini pezidentin həyata keçirdiyi islahatlara sütətlə uyğunlaşdırmaq zərurətindən irəli gəlib. Dəyişikliklərin mühüm hissəi insan hüquq və azadlıqları ilə bağlıdır. "Şübhəsiz ki, seçkili və təyinatlı vəzifələr üçün müəyyənləşdirilmiş aşağı yaş senzinin aradan qaldırılması dövlət idarəçiliyində gənclərin daha geniş təmsil olunmasını, vətəndaşların seçib-seçilmək hüququnu sərbəst şəkildə reallaşdırmasına imkan yaradır".

 

Ə.Həsənov deyib ki, MSK referendumun yüksək səviyyədə keçirilməsini təmin edəcək. 

O, Azərbaycanda real yayımı olan 200-dən çox qəzet, 300-dən artıq aktiv internet resursu olduğunu, əhalinin hər 1000 nəfərindən 767 nəfərinin internetə çıxışı olduğunu bildirib: “Bununla bərabər KİV-lərin üzərinə mühüm məsuliyyət düşür”

 

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov deyib ki, Azərbaycanda bundan öncəki seçkilərdə təşviqat aparılması prosesində hər hansı ciddi problem ortaya çıxmayıb və referendumqabağı təşviqatda da hər hansı problem yaranmayıb.

 

MTRŞ sədri telekanallarda ödənişli və ödənişsiz əsaslarla referendumqabağı təşviqat prosesi zamanı riayət edilməli olan qaydalardan söz açıb: "Ödənişsiz efir vaxtı yalnız İTV üçün nəzərdə tutulub və efir vaxtının bölünməsi püskatma yolu ilə həyata keçirilir. Həmin efir vaxtının ödənişi dövlət büdcəsi hesabına həyata keçirilir".

 

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev bildirib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasında media və vətəndaş cəmiyyəti institutlarının üzərinə mühüm vəzifə düşür.

 

"Referendumqabağı təşviqata dair ümumi tələblər və referendumqabağı təşviqat subyektləri. Ödənişli və ödənişsiz əsaslarla aparılan referendumqabağı təşviqata şərait yaradılması prosesində KİV-lərin üzərinə düşən vəzifələr" mövzusunda məruzə ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov təşviqat müdfətinin sentyabrın 3-də başlayıb 25-də bitəcəyini açıqlayıb.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü