Modern.az

Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

Mədəni̇yyət

9 Sentyabr 2016, 19:06

Azərbaycan Mərkəzi Bankı bəyan edib ki, pul siyasəti alətlərinin kəmiyyət parametrlərini dəyişib. Dəyişiklik makroiqtisadi proqnozlar, tədiyə balansında və valyuta bazarındakı meyillər nəzərə alınaraq gerçəkləşdirilib.

Mərkəzi Bankdan Modern.az-a verilən məlumata görə, qurumun İdarə Heyəti 9 sentyabr tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.

Məlumatda deyilir ki, son vaxtlar inflyasiyaya təsir edən bir sıra daxili və xarici amillərin davranışındakı dəyişiklikləri nəzərə alaraq əlavə antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb.

Bu istiqamətdə mühüm addımlardan biri kimi kəskin məzənnə tərəddüdlərini tənzimləmək, bununla da valyuta bazarında gözləntilərə və tarazlığa təsir etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən valyuta hərraclarında xarici valyutanın təklifi əhəmiyyətli artırılıb.

 
Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır