Modern.az

İki türk əsgəri şəhid oldu

İki türk əsgəri şəhid oldu

Aktual

20 Sentyabr 2016, 13:31

Suriyada "Fərat Qalxanı" adı altında İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlar davam etdirilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatların 28-ci günündə baş verən partlayış nəticəsində 2 türk əsgəri şəhid olub.

 

Qeyd edək ki,  bununla da avqustun 24-dən Suriyanın Cerablus şəhərinin İŞİD-dən təmizlənməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün başladılan “Fərat Qalxanı” əməliyyatında şəhid olan əsgərlərin sayı 10-a çatdı.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü