Modern.az

Jurnalistlər üçün yeni müsabiqə elan olundu

Jurnalistlər üçün yeni müsabiqə elan olundu

Aktual

20 Sentyabr 2016, 15:57

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında “Gender hüququ: qanunvericilik və təcrübə” mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir. Müsabiqəyə Azərbaycanda gender problemlərinə (gender bərabərliyi, gender rollarının paylaşdırılması, gender stereotipləri, gender etikası, qadın və ailə, qadın və cəmiyyət və s.), gender problemi ilə bağlı Azərbaycan qanunvericiliyi və onun tətbiqi praktikasına (o cümlədən məhkəmə təcrübəsinə), onları doğuran səbəblərə və bu problemlərin həlli yollarına dair araşdırma məqalələri qəbul edilir.

 

Məqalələrin qiymətləndirilmə meyarları:

 

- Gender hüququ və məişət zorakılığı ilə bağlı qanunvericiliyinin tətbiqi zamanı meydana çıxan problemlərin təhlili,bu movzuda konkret bir hadisəyə əsasən jurnalist araşdırması,

 - Cinslər arasında fərq və onun yarattığı sosial bərabərsizliklərlə bağlı problemlərin obyektiv və subyektiv səbəblərinin izah edilməsi, həmçinin onların mümkün həlli yollarının təklif edilməsi, bu problemlerin cəmiyyəttə həlli yollari

- Yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, qanunvericiliyə və rəsmi mənbələrə istinadların edilməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı, yazının yaratdığı mənəvi təsirin dərinliyi); Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

 

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

 

Birinci yer – 500 AZN

İkinci yer – 400 AZN

Üçüncü yer – 300 AZN

 

Müsabiqənin texniki şərtləri:

1. Jurnalistlər müsabiqəyə 19 Sentyabr 2016-cı ildən 6 Noyabr 2016-cı ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər.

Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.

2. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.

 

GIZ “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” » regional proqramının Bakıdakı bürosunun ünvanı: Gənclər meydanı 1, AZ 1005 Bakı, Tel.: (99412) 497 15 88, 497 49 62, 497 87 63

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü