Modern.az

Azərbaycandakı referendum dünyada canlı izlənəcək

Azərbaycandakı referendum dünyada canlı izlənəcək

Aktual

22 Sentyabr 2016, 12:38

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 26-da keçiriləcək referendumla bağlı MSK-da quraşdırılmış veb-kameralara baxış keçirib.

 

Modern.az xəbər verir ki, MSK sədri M.Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, min seçki məntəqəsində veb-kameralar quraşdırılıb: “Bu gün veb-kameraların nə vəziyyətdə olduğunu yoxladıq. Bütün məntəqələrdən görüntü çox yüksək səviyyədədir. Son texnologiyalardan istifadə edərək yüksək səviyyəli görüntünün əldə olunmasına çalışılıb. Biz çalışırıq ki, yerlərdə elektrik enerjisi təchizatı və telefon rabitəsinin verilməsində də problem olmasın”.

 

M.Pənahov bildirib ki, dünyanın bütün nöqtələrindən istənilən arzu edən şəxs MSK-nın saytına daxil olaraq veb-kameralar vasitəsilə “online” rejimdə bütün seçki prosesini arası kəsilmədən izlmək imkanı əldə edəcək: “İnanıram ki, biz işimizi yüksək standartlara cavab verən şəkildə yerinə yetirəcəyik.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü