“Biz Dağlıq Qarabağ münaqişəsinin həllində səbirsizliklə irəliləyiş gözləyirik”.
Modern.az-ın xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz “Twitter”səhifəsində yazıb.
“Nyu-Yorkda Qarabağ üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdük. Biz səbirsizliklə əsas məsələnin həllində irəliləyiş gözləyirik”,- deyə C.Uorlik bildirib.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iki ölkənin xarici işlər nazirləri ilə BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində görüşüblər.
Ağa AKİFOĞLU