Modern.az

Güclü külək dekan müavininin maşınına ciddi zərər vurdu - FOTO

Güclü külək dekan müavininin maşınına ciddi zərər vurdu - FOTO

24 Sentyabr 2016, 15:48

Bu gün təbii fəlakət Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Sevinc Alıyevanın “Hundai Accent” markalı avtomobilinə ciddi zərər vurub.

 

Belə ki, Sumqayıt şəhərində güclü külək əsməsi nəticəsində şam ağacı qırılaraq avtomobili üst hissəsini əzib.

 

Dekan müavini Sevinc Alıyeva Modern.az-a hadisə ilə bağlı bunları deyib:

 

 “Güclü külək nəticəsində şam ağacı qırılıb maşını üstünə düşüb. Nəticədə maşınım üst lyuk hissəsi əzilib və qapının tutacaqları da sıradan çıxıb”.

 

S.Alıyeva bildirib ki, maşının sığortası yoxdur.

 

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü