Modern.az

Gəmi qəzasında ölənlərin sayı 162-yə çatdı, 300 nəfər itkin düşüb

Gəmi qəzasında ölənlərin sayı 162-yə çatdı, 300 nəfər itkin düşüb

24 Sentyabr 2016, 15:57

Misirdə Nil çayı sahilində baş verən gəmi qəzasında ölənlərin sayı 162-yə çatıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, gəminin göyərtəsində çoxlu sayda qanunusuz miqrant olub. Ümumilikdə, gəmidə 600-ə yaxın sərnişin olub ki. onların da yalnız 163-ü sudan sağ çıxarılıb.

 

Gəminin Rozetta limanına yaxın ərazidə batdığı bildirilir. Həlak onlar insanların böyük əksəriyyəti üzə bilməyən qadın və uşaqlar olub. Hazırda itkin düşmüş 300-ə qədər insanın cəsədləri axtarılır.

 

Misir hakimiyyəti Avropaya qanunsuz miqrant axını təşkil edən 4 nəfəri həbs edib. Onların gəlir əldə etmək üçün gəmini insanlara həddən artıq yüklədiyi iddia olunur.

 

Vüqar İSMAYILOV 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü