Modern.az

Ərdoğan Mosulun azad ediləcəyi tarixi AÇIQLADI

Ərdoğan Mosulun azad ediləcəyi tarixi AÇIQLADI

Dünya

25 Sentyabr 2016, 16:29

Oktyabrın 19-da İraq ordusu və Şimali İraq Kürdüstan Muxtariyyətinin silahlı birləşmələri (peşmərgə) tərəfindən Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün əməliyyata başlamağı planlaşdırır.

 

Modern.az Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan Türkiyəyə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

 

 

R. T. Ərdoğan ərəblərlə peşmərgənin bu əməliyyatda həmrəy şəkildə iştirak etməsinin vacib olduğunu vurğulayıb.

 

 

Qeyd edək ki. Mosul şəhəri və ətrafı 2014-cü ildən İŞİD-in nəzarətindədir. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü