Modern.az

Tovuzda qayınata kürəkənini bıçaqlayıb

Tovuzda qayınata kürəkənini bıçaqlayıb

25 Sentyabr 2016, 22:03

Tovuzda qayınata kürəkənini bıçaqlayıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə hadisə rayonun Qovlar kəndində qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Ruslan İsmayılov bel nahiyəsinin bıçaq xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə R. İsmayılov mübahisə zəminində qayınatası Vitalik Cəfərov tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü