Modern.az

“ELS” keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb

“ELS” keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb

Aktual

26 Sentyabr 2016, 20:09

“ELS” - Müstəqil Araşdırmalar Mərkəzi referendumla əlaqədar keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə mərkəzin rəhbəri İradə Yaqubova açıqlama verib. Onun sözlərinə görə, "exit-poll” ölkə ərazisində 400 seçki məntəqəsində həyata keçirilib.

Mərkəz rəhbəri bildirib ki, çıxışda sorğu  Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 118 seçki dairəsini əhatə edib: "Könüllülərimiz seçki məntəqələrinin çıxışında dayanıb seçicilərdən sorğu anketini doldurmağı xahiş ediblər. Seçici anketi doldurandan sonra onu şəffaf qutuya atır və beləcə sorğu davam edir. Bu gün saat 08:00-dan başlayan sorğu 18:00-dək davam edib".

 

O qeyd edib ki, saat 18:00-dək olan seçici fəallığı 65,1 faiz təşkil edib.

 

 

 Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü