Modern.az

YAP-dan referendum AÇIQLAMASI

YAP-dan referendum AÇIQLAMASI

Aktual

27 Sentyabr 2016, 11:02

 

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendum) ilkin nəticələri açıqlanıb.

 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 797 nəfəri səsvermədə iştirak edib.

 

Ölkə üzrə 5 min 627 seçki məntəqəsindən 3950 məntəqə Mərkəzi Seçki Komissiyasına hesabat təqdim edib. Sayılmış bülletenlərin sayı 2 669 448-dir.

 

Məsələ ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında referendumun nəticələrini şərh edib.

 

“Ölkədə referendumun keçirilməsi zamanın tələbi idi. Azərbaycan öz dövlətçilik tarixində  artıq inkişaf mərhələsinə daxil olub. Bu mərhələnin idarəetmə mexanizmində müəyyən dəyişikliklərin edilməsinə, dövlət hakimiyyəti qolları arasında münasibətlərin, müəyyən məsələlərin dəqiqləşdirilməsinə,  insan hüquq və azadlıqlarının genişləndirilməsinə ehtiyac var idi. Vaxtaşırı, bununla bağlı cəmiyyətdə müəyyən təkliflər səslənirdi. Ona görə də cəmiyyətin təklif edilən dəyişikliyə böyük marağı oldu. Təbliğat-təşviqat kampaniyasında cəmiyyətin mütləq əksəriyyəti referendumu dəstəklədiyini ortaya qoydu”.

 

O həmçinin,  referendum günü əsl demokratik ab-havanın olduğuna da diqqət çəkib.

 

“Düzdür, demokratik dövlət olduğumuza görə seçkilərin əleyinə gedənlər, fərqli fikirlər bildirənlər də oldu. Onların da hüquqları qorundu. Onların aksiya keçirməsi, əks təbliğat aparmasına şərait yaradıldı. Bir sözlə, seçicilərin yüksək fəallığı və demokratik şəraitdə şəraitdə  seçki kampaniyası keçirildi.

 

Son qeyri-rəsmi məlumata görə 95% seçici referendumun lehinə səs verib. Bu da onu göstərir ki, insanlar dəyişikliyi dəstəkləyir və bu dəyişikliyin dövlətçiyimizin möhkəmlənməsinə yardımçı olacağına inanır. Bir sözlə, cəmiyyət növbəti dəfə özünün yekdilliyini və prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyini ortaya qoydu”

 

Namidə BİNGÖL 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü