Modern.az

ABŞ-da ilk DEBAT: Hillari Klinton Donald Trampı darmadağın etdi

ABŞ-da ilk DEBAT: Hillari Klinton Donald Trampı darmadağın etdi

Aktual

27 Sentyabr 2016, 11:29

Ötən gün Amerikada prezidentlik yarışının iştirakçıları Hillari Klinton və Donald Tramp arasında ilk telemarafon keçirilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, CNN telekanalının sorğusuna əsasən, Klinton debat zamanı rəqibindən hərtərəfli üstün olub. O, respondetlərin 62%-ni, Tramp isə 27% səs toplayıb.

 

İlk teledebat Nyu-York yaxınlığında yerləşən Hofstra universitetində baş tutub. 90 dəqiqə davam edən debatlar zamanı namizədlər Amerikanın hansı istiqamətdə inkişaf edəcəyini və ölkənin təhlükəsizliyini hansı yollarla təmin edəcəklərini deyiblər.

 

CNN-nin yazdığına görə Klinton Trampı müdafiə olunmağa vadar edib.   

“Donald məni debatlara hazırlaşmaqda ittiham edirdi. Bəli, mən hazırlaşırdım. Amma bilirsiz, daha nəyə hazıram? Mən prezident olmağa hazıram”- deyə xanım namizəd deyib.

 

Debatlarda Klinton orta biznesi möhkəmləndirəcəyini, minimal əmək haqlarının artırılmasını və qadınlara kişilərlə eyni miqdarda əmək haqlarının verilməsinin seçki vədi olduğunu deyib.

 

Donald Tramp isə istehsalın ölkədən çıxmasının qarşısını alacağını, Meksika və Çinlə azad ticarət haqda imzalanan müqavilələrin yeni şərtlərlə imzalanacağını dedi.

 

Klinton cavabında iqtisadi inkşiafın Tramp modelinin ABŞ-ın xarici borcunu ildə 5 trilyon dollar artıracağını deyib.

 

Debatın sonunda tərəflər 8 noyabr seçkilərində bir-birinin qələbəsini tanıyacaqlarını bildirblər.

 

 

Vüqar İSMAYILOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü