Modern.az

Adil Əliyev bu məşqçilərin cəzalandırılmasını tələb etdi

Adil Əliyev bu məşqçilərin cəzalandırılmasını tələb etdi

27 Sentyabr 2016, 14:25

 

“Dopinqə qarşı mübarizə məqsədi ilə xaricdən ölkəyə gəitirlən məşqçilərin müqavilələrində xüsusi bənd öz əksini tapmalıdır”.

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü, Kikboksinq Federasiyasınnı prezidenti Adil Əliyev deyib.

 

Deputat bildirib ki, xaricdən gəlib Azərbaycanda pul qazanaraq məşqçi işləyənlər dopinq məsələsində ciddi nəzarətə götürülməlidir.

 

Adil Əliyev vurğulayıb ki, dopinqə görə günahkar xarici məşqçilər ölkədən getsələr belə məsuliyyətə cəlb olunmalıdırlar:

“Xaricdən gətirilən legioner məşqçilər məsələsində çox diqqətli olmaq lazımdır.

 

Çünki bu gün xarici məşqçi bilərəkdən dopinqi idmançıya verir və düşünür ki, birdən tutulmaz. 1 ildən sonra isə məşqçinin müqaviləsi bitir və ölkəni tərk edərək məsuliyyətdən azad olur, pis vəziyyətdə isə yerli idmançılarımız qalır.

 

O məşqçi məsuliyyətə cəlb oluna bilmir. Amma bundan sonra hətta xarici məşqçi idmançıya dopinq versə və müqaviləsi başa çatdığı üçün ölkəni tərk etsə belə mısuliyyətə cəlb olunmalıdır”.

Deputat dopinqə qarşı Azərbaycandakı mövcud cərimələrdən də danışıb:

“Bu gün dopinqə qarşı mübarizə daha çox olimpiya idman növlərini narahat edir. Çünki dopinqə qarşı mübarizə olimpiya oyunlarında öz əksini tapır. İdmançıda dopinqin olub-olmamasını yoxlamaq üçün testin qiyməti 500 avrodur.

 

Cəriməmiz isə 40 manatla 200 manat arasıdandır. Bura da dakəskin təzad yaranır. Elə olimpiya növlü kasıb idman federasiyaları var ki, 500 avro tapıb öz idmançılarını yoxlada bilmirlər”.

 

Ağa AKİFOĞLU

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü