Modern.az

Prezident Sumqayıtda yeni sərnişin avtobusları ilə tanış oldu - FOTO

 Prezident Sumqayıtda yeni sərnişin avtobusları ilə tanış oldu - FOTO

27 Sentyabr 2016, 17:51

Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları təqdim edilib.

Türkiyədə istehsal edilən “AKİA” markalı bu avtobuslar 27 oturacaqlıdır. Ümumiyyətlə avtobuslarda 72 sərnişin daşına bilər.

 

Avtobuslarda əlillər üçün yer və onların rahat minib-düşmələrindən ötrü xüsusi qurğu quraşdırılıb. Yüksək texniki göstəricilərə malik avtobuslarda mərkəzləşdirilmiş havalandırma sistemi, həmçinin daxili və xarici müşahidə kameraları var.

 

Yeni sərnişin nəqliyyat vasitələrinin istifadəyə verilməsi ilə Sumqayıtda sərnişindaşımanın keyfiyyətini daha yüksək səviyyəyə çatdırmaq mümkün olacaq.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü