Modern.az

Rusiya Federasiyasının hərbi gəmisi Bakıya səfərə gəlib

Rusiya Federasiyasının hərbi gəmisi Bakıya səfərə gəlib

27 Sentyabr 2016, 17:59

Sentyabrın 27-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı, kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə “Uqliç” kiçik raket gəmisinin Bakıya səfəri başlayıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, Rusiyanın nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

 

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Ziyarətdən sonra kontr-admiral Sergey Pinçukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə ilə görüşüb.

 

Sentyabrın 30-dək davam edəcək səfər çərçivəsində Rusiya nümayəndə heyətinin bir sıra görüşləri, eləcə də “ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü