Modern.az

Toyuna seçki məntəqəsindən başlayan gənclər mükafatlandırılıb

Toyuna seçki məntəqəsindən başlayan gənclər mükafatlandırılıb

Aktual

28 Sentyabr 2016, 00:20

Toy günlərini referenduma gedərək əbədiləşdirən cütlüyə rayon icra hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən televizor hədiyyə olunub. Modern.az saytı  ARB-yə istinadən xəbər verir ki, 6 saylı seçki məntəqəsində səs verdikdən sonra şadlıq sarayında toy günlərini qeyd edən bəy və gəlinin hədiyyəsi evlərində təqdim olunub. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən verilən hədiyyəni kənd üzrə icra nümayəndəsi təqdim edərək xoşbəxtlik arzulanıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü