Modern.az

İran Ayətullahı Şəms Təbrizini “böyük şeytan” adlandırdı

İran Ayətullahı Şəms Təbrizini “böyük şeytan” adlandırdı

Mədəni̇yyət

28 Sentyabr 2016, 09:38

İranın yüksək rütbəli ruhanilərindən ayətullah Əli Safi İsfahani bu günlərdə Xoy şəhərində keçirilmiş Şəms Təbrizi konqresinə etiraz olaraq bəyanat yayıb.

Modern.az xəbər verir ki, bəyanatda o, “qocaman ingilis imperializminin Mövlana və Şəms kimi şəxslər vasitəsi ilə əxlaqsızlıq və bütpərəstliyi yaydığını” qeyd edib.
Daha sonra ruhani Şəms Təbrizini “böyük şeytan” adlandırıb.

Bəyanatda həmçinin Bayəzid Bəstami, Cəlaləddin Rumi, Qəzzali, Xəreqani və Əbu Səid kimi məşhur sufilər barədə mənfi ifadələr yer alıb.

Sonda bəyanat müəllifi İranın ali dini rəhbərinə, ölkə hakimiyyətinə, mərcəi-təqlidlərə, elm adamları və yazıçılara müraciətlə təhlükə barədə xəbərdarlıq etdiyini bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır