Modern.az

Hicran Hüseynovadan ailələrə MESAJ

Hicran Hüseynovadan ailələrə MESAJ

Aktual

28 Sentyabr 2016, 11:50

“Kim desə ki zorakılıq problemi tam həll olunacaq,əlbəttə ki, buna heç kim inanmaz. Çünki, zorakılıq problemi bütün dünyada mövcud olan bir problemdir. Dünya miqyasına baxanda Azərbaycanda vəziyyət daha yaxşıdır. Amma o bizə heç də imkan vermir ki, özümüzü rahat hiss edək”.

Modern.az-ın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib

 

O bildirib ki, Azərbaycanda hələ də qadınların hüquqları ilə bağlı görüləcək çox işlər var:

 

“Azərbaycanda problemin həlli ilə bağlı çox böyük işlər görülsə də, bu işlər davamlı olmalıdır. Bu, bizi ən çox narahat edən problemlərdən biridir. Ən yüksək səviyyədə yaşayan cəmiyyətlərdə, eləcə də ən geridə qalan cəmiyyətlərdə də bu problem var. Bu problem heç nədən asılı olmayan bir məsələdir. Bu onu göstərir ki, bunun ətrafında daha çox maariflənmə və profilaktik işlər görülməlidir. Müstəqilliyimiz bərpa edildikdən sonra ölkəmizdə bu iş başlayıb. Azərbaycanın rəhbərliyi və birinci xanım bu məsələləri hər zaman diqqət mərkəzində saxlayıblar.

 

Cəmiyyətdə belə bir problem olduqda  bütün cəmiyyətə öz təsirini göstərir. Heç bir ailə deyə bilməz ki, bu, mənim problemim deyil. Bu məsələ hər birimizə təsir edən problemdir. Cəmiyyətdə belə hallar olduqda ilk öncə cəmiyyətin və dövlətin özünə təsir göstərir. Azərbaycanda bu məsələ ilə bağlı çox vacib qanunlar qəbul edilib.

 

Azərbaycanda uşaq forumları, qadın qurultayları keçirilir. 2010-cu ildə ölkəmizdə qəbul edilən “Məişət  zorakılığı” haqqında qanun böyük problemlər yaratmışdı.

 

Bir çox insanlar bu qanunun lazım olmadığını  bildirirdilər. Lakin əhali bununla bağlı öz sözünü dedi. Lakin burada əsas qanunun qəbul edilməsi deyil, onun işlənməsidir. Bununla bağlı çox böyük iş aparıldı. Çox qısa müddətdən sonra aparılan xüsusi treninqlər nəticəsində bu məsələdə irəliləyişlər əldə etdik. Nəhayət bütün bunlardan sonra hakimlərimiz qanunlardan istifadə etməyə başladılar.

 

“Gələcəyə Baxış-2020” Konsepsiyasında da bununla bağlı görüləcək işlər öz əksini tapıb. Konsepsiyaya əsasən, ailə strategiyası forması formalaşmalı, qadınların milli fəaliyyət planı uşaq starategiyası, ailə psixoloqu institut hazırlanmalıdır.

 

Bizim komitədə bununla bağlı sənədlər yaranıb hazırda bununla bağlı işlər aparılır. Sənədlər hazır olduqdan sonra onlar ayrı -ayrı qurumlara göndəriləcək”-deyə Hicran Hüseynova bildirib.

 

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü