Modern.az

“ARB 24″ telekanalında yeni təyinat oldu

“ARB 24″ telekanalında yeni təyinat oldu

Media

28 Sentyabr 2016, 11:56

Sumqayıtda fəaliyyət göstərən Xeberle.com portalının həmtəsisçisi Kamal Rövşən oğlu Almuradlı yeni iş təyinatı alıb.
Modern.az-ın xəbərinə görə, sumqayıtlı gənc bundan sonra ARB 24 (Azerbaijan Republic Broadcasting) telekanalında çalışacaq. K.Almuradlı bu televiziyada baş rejissor vəzifəsini icra edəcək.

Xatırladaq ki, o, Sumqayıtda doğulub. Müxtəlif vaxtlarda AzTV, ''Lider'' kimi telekanallarda fəaliyyət göstərib. 2012-ci ildən Sumqayıtın ən böyük xəbər saytı olan Xeberle.com portalının həmtəsisçilərindən biridir. Ailəlidir, 1 qızı var.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü