Modern.az

Bağlanan bankların əmanətçilərinə 100 milyon manat ayrılıb

Bağlanan bankların əmanətçilərinə 100 milyon manat ayrılıb

28 Sentyabr 2016, 13:29

Azərbaycan Mərkəzi Bank (AMB) lisenziyası ləğv olunan banklarda əmanətlərin qaytarılmasına görə Əmanətlərin Sığortalanması Fonduna indiyədək 100 mln. manat məbləğində vəsait verib.

 

 

Modern.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev deyib. Onun sözlərinə görə, bu vəsait 2 tranşla fondun hesabına köçürülüb:

 

 

"Qorunan əmanətlərin qaytarılması üçün Əmanətlərin Sığortalanması Fonduna ilk tranşda 80 milyon manat, ikinci tranşda isə 20 milyon manat köçürülüb".

 

 

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü