Modern.az

Bakıda toyda kütləvi dava olub, 4 nəfər xəsarət alıb

Bakıda toyda kütləvi dava olub, 4 nəfər xəsarət alıb

Aktual

29 Sentyabr 2016, 10:01

Bakıda toyda kütləvi dava baş verib.

 

APA-nın məlumatına görə, Nizami rayonu ərazisindəki şadlıq saraylarından birində keçirilən toyun qonağı ilə inzibatçı arasında mübahisə yaranıb.

 

Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib. Davaya ofisiantlar və digər qonaqlar da qoşulub. Kütləvi dava zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Xəstəxanadan verilən məlumata görə, 21 yaşlı Araz Tağıyevin vəziyyəti digərlərinə nisbətən ağır olub. Hazırda onun həyatı üçün təhlükənin olmadığı bildirilir.

 

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisə yerində olublar. Faktla əlaqədar araşdırmalar aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü