Modern.az

Fuad Muradov seçiciləri qəbul edib - FOTOLAR

Fuad Muradov seçiciləri qəbul edib - FOTOLAR

29 Sentyabr 2016, 17:14

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov parlamentdə Komitəyə müraciət edən vətəndaşları və Xətai rayonundan olan 30 seçicini qəbul edib.

 

Millət vəkili onları narahat edən məsələləri dinləyib.

 

Ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə, sosial məsələlər və s. üstünlük təşkil edib.

 

Müraciət edən insanların problem  və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Fuad Muradov bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü