Modern.az

Azlıqda oynayan “Qarabağ” məğlub oldu: 1:5

Azlıqda oynayan “Qarabağ” məğlub oldu: 1:5

Aktual

29 Sentyabr 2016, 23:07

Bu gün Avropa Liqasının qrup mərhələsində mübarizə aparan komandamız növbəti oyununu keçirib. Modern.az saytı xəbər verir ki, “Qarabağ” komandası səfərdə “Fiorentina”nın (İtaliya) qonağı olub. Komandamız ilk dəqiqələrdən oyuna fəal başlasa da, sonradan üstünlük  rəqibə keçib. Oyunun 30-cu dəqiqəsində isə komandamızın oyunçusu Elvin Yunuszadə qırmızı vərəqə alaraq oyundan qovulub. Bundan sonra 1 nəfər azlıqda oynayan “Qarabağ” ilk hissədə qapısında 3 top görüb. Oyunun 39-cu dəqiqəsində Babakar, 42-ci dəqiqədə Kaliniç, 45+2-ci dəqiqədə yenidən Babakar fərqlənib. Rəqib komanda ikinci hissədə daha iki qol vurub. “Fiorentina”nın  oyunçusu Zarate, 63 və 78-ci dəqiqədə “Qarabağ”ı mərkəzə dəvət edib.

Yalnız 90+2-ci dəqiqədə “Qarabağ”ın oyunçusu Ndlovu vurulan qollardan birinin əvəzini çıxa bilib. Beləliklə, “Qarabağ” ikinci oyununu 1:5 hesablı məğlubiyyətlə başa vurub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü