Modern.az

Ziyafət Əsgərov: “Poçt hardan bilər ki...”

Ziyafət Əsgərov: “Poçt hardan bilər ki...”

30 Sentyabr 2016, 16:22

 

“Poçt haqqında” qanunun 3.0.2-1 maddəsi ləğv edilib.

 

Modern.az-ın xəbərinə görə, maddədə bildirilirdi ki, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət edir.

 

Bundan sonra isə , poçt rabitəsi həmin tələblərin əməl edilməsinə nəzarət etməyəcək.

 

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sözlərinə görə, poçt hardan bilər ki, terrorçuluğun maliyyələşdirilməsi məqsədilə bu pul köçürülüb :

 

“Ona görə də bunun ləğv etmək lazım idi. Bununla başqa aidiyyatı orqanlar məşğul olmalıdır”.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü