Modern.az

Rumıniyanın ölkəmizdəki yeni səfiri fəaliyyətə başladı

Rumıniyanın ölkəmizdəki yeni səfiri fəaliyyətə başladı

Aktual

30 Sentyabr 2016, 20:16

Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyanın Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Dan İankunu qəbul edib. XİN-in mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, görüşdə səfir Dan İanku etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov Dan İankunu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan və Rumıniya arasında dostluq və tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluq ifadə olundu. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edilib.

 

Səfir ölkəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini davamlı və birmənalı şəkildə dəstəklədiyini vurğulayıb.

 

Nazir Elmar Məmmədyarov Rumıniyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar nümayiş etdirdiyi ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Görüşdə, həmçinin, enerji, nəqliyyat, iqtisadiyyat, ticarət və humanitar sahədə əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü