Modern.az

Baş prokuror amnistiya ilə azadlığa çıxanların sayını AÇIQLADI

Baş prokuror amnistiya ilə azadlığa çıxanların sayını AÇIQLADI

Aktual

1 Oktyabr 2016, 10:47

“Amnistiya aktının tətbiqi nəticəsində cəzaçəkmə müəssisələrində cəza çəkən 2819 şəxs azadlıqdan məhrumetmə cəzalarından azad ediliblər”.

 

Modern.az xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov  deyib.

 

Baş prokuror qeyd edib ki, qərarın icrasının təmin edilməsi ilə bağlı həyata keçirilən səmərəli iş nəticəsində sentyabr ayının əvvəlinədək olan müddət ərzində prokurorluq əməkdaşlarının iştirakı ilə amnistiya aktı ümumilikdə 10079 məhkum olunan şəxs barəsində tətbiq edilib:

“Onlardan 9538-i kişi, 541-i qadın, o cümlədən 97-si yetkinlik yaşına çatmayan şəxslər olub. Amnistiya aktının tətbiq edilməsi nəticəsində cərimə cəzasına məhkum edilmiş 2240 şəxs 2.344.797 manat məbləğində cəriməni ödəməkdən azad olunub”.

 

Heydər Əliyev Fondunun Prezidenti, deputat Mehriban  Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş, 10 minə qədər məhkumu əhatə edən, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə yerlərindən azad edilməsini nəzərdə tutan qərarın icrası davam etdirilir.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü