Modern.az

Azərbaycan və BMT arasında iqtisadi əlaqələr müzakirə edildi

 Azərbaycan və BMT arasında iqtisadi əlaqələr müzakirə edildi

1 Oktyabr 2016, 13:53

İqtisadiyyat naziri Şahin Mustafayev V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfədə olan BMT-nin baş katibinin müavini, BMT İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Büronun direktoru Cihan Sultanoğlu ilə görüşüb.

 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın BMT-nin bir sıra proqram və ixtisaslaşmış qurumları - İnkişaf Proqramı (UNDP), Sənaye İnkişaf Təşkilatı (UNİDO), Mərkəzi Asiya Ölkələri İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA), Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və digərləri çərçivəsində mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Nazir Ş.Mustafayev ölkəmizin BMT ilə əlaqələrinin yüksək səviyyədə olduğunu, Azərbaycanın BMT-nin bir çox təşəbbüs və proqramlarına, Minilliyin İnkişaf Məqsədlərinə, həmçinin yeni Davamlı İnkişaf Məqsədlərinə (DİM) qoşulduğunu xatırladıb. Qeyd olunub ki, Minilliyin İnkişaf Məqsədlərinə nail olunması məqsədilə indiyədək Azərbaycan və BMT arasında iki İnkişafa Yardım Çərçivə Sənədi icra edilib. BMT ilə Azərbaycan arasında 2016-2020-ci illərdə əməkdaşlığı əhatə edən tərəfdaşlıq çərçivə sənədi - UNAPF bu il imzalanıb.

 

Azərbaycanın BMT-nin bir sıra qurumları ilə fəal əməkdaşlıq etdiyini, ölkəmizin 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyr-daimi üzvü olduğunu vurğulayan Ş.Mustafayev Bakıda BMT-nin bir sıra tədbirlərinin keçirildiyini, bu il Azərbaycanın SPECA-ya həmsədrlik etdiyini diqqətə çatdırıb, əməkdaşlığın inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb.

 

Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb, Ermənistanın hələ də münaqişəyə dair BMT-nin 4 qətnaməsinə əməl etmədiyini, münaqişənin region üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

 

C.Sultanoğlu Azərbaycanın qısa müddətdə iqtisadi və sosial sahələrdə böyük uğurlar qazandığını, ölkəmizin BMT-nin fəal üzvlərindən olduğunu qeyd edib. Azərbaycan və BMT arasında həyata keçirilən proqramlar və əməkdaşlıq istiqamətlərindən danışan C.Sultanoğlu BMT-nin təşəbbüslərinin Azərbaycanda həyata keçirilən müxtəlif proqramlarda öz əksini tapmasının əhəmiyyətini vurğulayıb, qurumun yerli nümayəndəliyi ilə işgüzar əlaqələrdən məmnunluğunu bildirib, BMT-nin DİM və UNAPF üzrə icra mexanizmlərinin müəyyənləşdirilməsi üzrə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

 

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü