Modern.az

Azərbaycana Ukraynadan 18 min dollarlıq kartof gətirilib

Azərbaycana Ukraynadan 18 min dollarlıq kartof gətirilib

10 Oktyabr 2016, 00:00

Bu ilin 9 ayı ərzində Azərbaycan Ukraynadan 18 min dollar məbləğində kartof məhsulu idxal edib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.

Azərbaycan bu göstəriciyə görə, idxalçı ölkələr siyahısında üçüncü yerdədir. Siyahının birinci pilləsində Belarus qərarlaşıb. Sözügedən ölkə 9 ayın yekunu üzrə Ukraynadan 1,1 milyon dollar məbləğində kartof məhsulu alıb. Məhsulun idxal həcminə görə Gürcüstan ikinci yerdədir (45 min dollar məbləğində).

Hesabat dövründə Ukrayna özü Fransa, Niderland və Almaniyadan 3,8 milyon dollar məbləğində kartof məhsulu idxal edib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü