Modern.az

Nazir Gülənin Türkiyəyə verilməsi üçün ABŞ-a getdi

Nazir Gülənin Türkiyəyə verilməsi üçün ABŞ-a getdi

Aktual

10 Oktyabr 2016, 12:38

Türkiyə ədliyyə naziri Bəkir Bozdağ Fətullahçı Terror Təşkilatının Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a yollanır.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i yayıb. Məlumata görə, nazir ABŞ rəsmiləri Fətullah Gülənin Türkiyəyə verilməsini müzakirə edəcək. Bəkir Bozdağın Fətullah Gülənə görə ABŞ-a səfəri səfər oktyabrın 26-27-də baş tutacaq.

 

Nazir ABŞ-a F.Gülənin cinayət əməllərini sübuta yetirəcək bütün lazımi sənədləri təqdim edəcəyini açıqlayıb:

“Gülən üçün hazırlanmış dosyedən daha etibarlı birisi yoxdur və ola da bilməz... Dosyedə rəqəmsal daşıyıcı disklərə yazılmış təxminən 500 min sənəd var.

Əgər bu cür ətraflı hazırlanmış dosyeyə görə də onlar ekstradisiyanı həyata keçirməsələr, daha hansı məlumatları istədiklərini anlamaq qeyri-mümkün olacaq”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü