Modern.az

Jurnalistlər Maşallah Əhmədovun məhkəməsinə buraxılmadılar

Jurnalistlər Maşallah Əhmədovun məhkəməsinə buraxılmadılar

Aktual

11 Oktyabr 2016, 12:26

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Modern.az-ın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesə mətbuat nümayəndələri buraxılmayıb.

 

Hakim bildirib ki, məhkəmədə iştirak edən təqsirləndirilən şəxs M.Əhmədov jurnalistlərin prosesdə iştirak etməsinə istəməyib.

 

M.Əhmədovun vəkili prosesdə iştirak etmədiyi üçün təqsirləndirilən şəxs vəkilinin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini istəməyib. Hazırlıq iclası oktyabrın 13-nə təyin edilib.

 

M.Əhmədov 2015-ci ilin dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. M.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, məhkəmə qərarı ilə sonradan ev dustaqlığı ilə əvəzləyib.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü